“Neftçi” - “Hapoel Təl-Əviv” bu kanalda
16.07.2025 - 23:28
“Neftçi” - “Hapoel Təl-Əviv” bu kanalda

“Neftçi” iyulun 17-də Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq.

Matçın başlanma saatı və keçiriləcəyi yer də artıq müəyyənləşib.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.