“Neftçi” yeni transferinin müqavilə detallarını açıqladı
10.08.2025 - 16:51
“Neftçi” növbəti transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “Neftçi” ailəsinin üzvüdür.
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- Argentinalı futbolçu "Dortmund"da - RƏSMİ
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- “Roma” yeni loqosunu ictimaiyyətə təqdim etdi
- Qurban Qurbanov israr edir: “Qarabağ” üçüncü təklifi göndərdi
0
0