“Səbail” Futbol üzrə Azərbaycan I Liqasının XVI turu çərçivəsində “Baku Sporting”lə qolsuz heç-heçə edib.
Komandanın inamsız çıxışı və ötən tur MOİK-lə görüşdə (0:1) kapitan Yusif Nəbiyevlə yaşanan mübahisə baş məşqçi Adil Şükürovun gələcəyini sual altında qoymuşdu.
Lakin klubdan Apasport.az saytına verilən məlumata görə, hazırda mütəxəssislə ayrılıq barədə heç bir dialoq aparılmayıb.
“Dənizçilər”in rəhbərliyi 48 yaşlı çalışdırıcı ilə yola davam ediləcəyini təsdiqləyib. Baş məşqçi ilə ayrılıq məsələsi müzakirə mövzusu deyil.
Qeyd edək ki, “Səbail” hazırda 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Limitin ləğvindən sonra yerli futbolçular üçün şans - MOİK
- Qaşim Maqomedov: “Daha çox hazırlaşsaydım, qızıl medal qazana bilərdim”
- Afrika Millətlər Kuboku: Fildişi Sahili Mozambiki, Kamerun Qabonu üstələyib
- "Yuventus" Kosovo millisinin üzvünü transfer edib
- “Fənər”də ciddi itki - YOXLAMA MATÇINDA ZƏDƏLƏNİB