Rəhman Daşdəmirov: “Fransa ilə matçda assist edəcəyimi gözləmirdim”
16.11.2025 - 23:31
“Rəqib çox güclü idi”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Rəhman Daşdəmirov deyib.
Müdafiəçi Fransa ilə matçı belə dəyərləndirib:
“Məncə, komanda şəklində çox yaxşı mübarizə apardıq və inamlı oynadıq. Belə bir matçda məhsuldar ötürmə edəcəyimi gözləmirdim. Bu, mənim üçün yaddaqalan olacaq. Belə oyunlarda səhvlər qaçınılmazdır”.
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- "Nyukasl" Norveçli forvardı istəyir - 50 milyon avronu gözdən çıxarıb
- “Yunayted” 39 yaşlı qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ
- İsveç millisinin baş məşqçisi istefa verib
- Arif Əsədov: “Cütün taleyi Bakıda həll olacaq"
0
0