“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirəcək.
Apasport.az saytına verilən məlumata görə, klub Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin keçidini həll edib.
Belə ki, 23 yaşlı yarımmüdafiəçi özü də “Polessye”dən “Sumqayıt”a keçməyə razılıq verib.
Emil mövsümün sonuna qədər icarə əsasında “Sumqayıt”da çıxış edəcək. Lakin hazırda “kimyaçılar” onun Ukraynadan Azərbaycana gəlişini gözləyirlər.
Belə ki, futbolçu bu ölkəni tərk edə bilsə, “Sumqayıt”a keçidi rəsmiləşəcək.
Əlavə edək ki, Emilin “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. "Aleksandriya" yetirməsi olan Mustafayev icarə əsasında "Çernomorets" (Odessa) klubunda da oynayıb.
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Tedesko tarix yazdı: “Fənərbaxça”da bunu bacaran üçüncü məşqçi oldu
- Messi yenə səhnədə: Cərimə zərbəsindən baxımlı qol - VİDEO
- Türkiyə millisində ayrılıq - POSTUNU TƏRK ETDİ
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”