III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan gimnastı Maqsud Mahsudov (60.19 xal) oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.
Belaruslu İvan Litvinoviç (57.06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47.24) isə bürünc medal qazanıb.
Qeyd edək ki, belaruslu İvan Litvinoviç ikiqat Olimpiya çempionudur.
Bundan başqa, gimnastımız Selcan Mahsudova (56.040 xal) qızların fərdi yarışında bürünc medal qazanıb. Belaruslu Lana Lebedeva (57.710 xal) birinci, rusiyalı Anjela Bladçeva (57.660 xal) isə ikinci olub.
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- "Neftçi" “Hapoel Təl-Əviv”lə heç-heçə edib - YENİLƏNİB
- La Liqa: “Valensiya” səfərdən bir xalla qayıdır
- Braziliya millisinin üzvü IV Liqa klubunda - RƏSMİ