"Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb
11.09.2025 - 13:08
"Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Enrike Kustodionu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı sol cinah müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.