“Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
10.09.2025 - 10:05
“Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib

“Beşiktaş”ın yeni transferi Vilfred Ndidi Nigeriya milli komandasında zədələnib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) ilə keçirilən səfər matçında oyunu davam etdirə bilməyib.

28 yaşlı futbolçu matçın 70-ci dəqiqəsində əvəzlənib. Zədə sonrası ilk müdaxilə meydanda edilsə də, Nigeriyalı ulduzun vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.