Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunub.
Turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın rəqibləri bəlli olub.
IV səbətdə yer alan Ağdam təmsilçisinin bu mərhələdəki rəqibləri İngiltərədən "Çelsi", "Liverpul", Portuqaliyadan "Benfika", Almaniyadan "Ayntraxt", Niderlanddan "Ayaks", İtaliyadan "Napoli", İspaniyadan "Atletik" və Danimarkadan "Kopenhagen" komandaları olub.
Son ölkə çempionu Bakıda "Çelsi", "Ayntraxt", "Ayaks" və "Kopenhagen"i qəbul edəcək. "Liverpul", "Benfika", "Napoli" və "Atletik"lə oyunlar isə səfərdə baş tutacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- Qurban Qurbanov: “Bazarda hazır oyunçu tapmaq çətindir”
- Konfrans Liqasında günün nəticələri - YENİLƏNİB
- Pavel Şafranko: “Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq”
- Dünya çempionatına qatılan daha bir ölkə bəlli oldu - 16 il sonra