UEFA Çempionlar Liqasında cavab matçları davam edir.
Apasport.az xəbər verir ki, ilk oyunda səfərdə “Feyenoord”a 1:2 hesabı ilə uduzan “Fənərbaxça” İstanbulda möhtəşəm geridönüşə imza atıb.
Joze Mourinyonun komandası rəqibini 5:2 hesabı ilə darmadağın edərək pley-off mərhələsinə yüksəlib.
İlk görüşdən sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin sualına özünəməxsus tərzdə cavab vermişdi: “İstanbula xoş gəldiniz, Kadıköyə xoş gəldiniz, cəhənnəmə xoş gəldiniz".
Mourinyo həm bu sözləri ilə rəqibə mesaj göndərmiş, həm də növbəti mərhələyə adlayacaqlarına inandığını vurğulamışdı.
Həmin anları sizə təqdim edirik:
- Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb
- "Fənərbaxça"nın ÇL həsrəti 17 ilə yüksəldi: Yenə olmadı - YENİLƏNİB
- İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- Ramon Maçado: "Klubumuz bu mövsüm həqiqətən iddialıdır"