Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazanıb
08.02.2026 - 20:25
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançı həlledici matçda yaponiyalı Yuhey Oinoya məğlub olub.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.
"Böyük Dəbilqə" bu gün başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
- "Qalatasaray"ın "Saracoğlu" fəthi - "Fənər" yenə bacarmadı - YENİLƏNİB
- “Ferentsvaroş”un futbolçusu: "Qarabağ"ın fərdi keyfiyyətləri yüksəkdir”
- Rahid Əmirquliyev: “Qarabağ” istədiyi nəticəni əldə edəcək”
- Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
0
0