Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub
19.11.2025 - 19:04
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 97 kq çəkidə mübarizə aparan Murad Əhmədiyev final görüşünə çıxıb.
Təmsilçimiz həlledici matçda iranlı Mohammadhadi Saravi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Güləşçimiz bu nəticə ilə İslamiadanı gümüş medalla başa vurub.
- Tahir Gözəl: “Qələbəni xalqımıza və şəhidlərimizə həsr edirəm”
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- "Neftçi"də ayrılıq - MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİ
- Elmar Baxşıyev: “Əliyar Ağayevin qərarı ağır idi”
0
0