Super Liqa: Lider 3 xalı 3 qolla qazandı
22.09.2025 - 22:54
Super Liqa: Lider 3 xalı 3 qolla qazandı

Türkiyə Super Liqasında VI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün 1 matç keçirilib.

Lider "Qalatasaray" öz meydanında "Konyaspor"la qarşılaşıb.

Azarkeşlər 4 qola şahidlik ediblər. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə Super Liqası
VI tur
21:00. “Qalatasaray” - “Konyaspor” - 3:1