Taekvondo üzrə gənclərdən ibarət millimizin üzvləri XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında 8 taekvondoçu təmsil edəcək.
Heyətdə Mehdi Budaqlı (48 kq), Aydın Süleymanov (55 kq), Ziya Həsənli (63 kq), Yunis Hüseynov (73 kq), Elcan Əliyev (+73 kq), Xuraman Cavadzadə (44 kq), Humay Dadaşova (49 kq) və Sehri Cəlalova (55 kq) yer alıblar.
Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.
- "Hansısa mühəndisdən Qurban Qurbanova tay olmaz"
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
- Liqa Kuboku: “Brentford”dan darmadağın, “Fulhem” penaltilərlə mərhələ adladı
- Elmar Baxşıyev: “Penalti epizodu qərarı səhv idi”
- Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”