Taekvondoçularımızdan növbəti qızıl medal
30.09.2025 - 18:20
Taekvondoçu Vasif Səlimov (68 kq) Azərbaycana III MDB Oyunlarında dördüncü qızıl medalı qazandırıb.
Apasport.az saytının məlumatına görə, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində taekvondo turnirinin finalı keçirilib.
Səlimov həlledici qarşılaşmada Özbəkistandan olan rəqib Turabov Umidcon üzərində qələbə qazanaraq qızıl medala sahib olub.
Qeyd edək ki, taekvondoçularımız günü 1 qızıl və 10 bürünc medalla başa vurub.
- KL: "Beşiktaş" və "Başakşəhər"in rəqibləri müəyyənləşib
- Mübariz İbrahimov: “Beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil edəcəyik”
- “Zirə” “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB
- “Qarabağ”dan böyük jest - PUL MÜKAFATI TƏQDİM EDİLDİ
- Valdas Dambrauskas: “Vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq"
0
0