İtaliya millisinin üzvü daha 2 il “Napoli”də - RƏSMİ
27.06.2025 - 18:55
İtaliya A Seriyası təmsilçilərindən "Napoli" futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, komanda Aleks Meretin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Napoli" Aleks Mereti 2018-ci ilin yayında "Udineze"dən transfer edib.
İtaliya millisinin üzvü ötən mövsüm Neapol təmsilçisinin heyətində 25 rəsmi matçda çıxış edib.
- "Çelsi" fransalı forvardla maraqlanır
- Tadiç ərəblərin radarında
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
0
0