“Liverpul”da ciddi itki - ÇARPAZ BAĞLARI QOPDU
24.09.2025 - 19:15
“Liverpul”un heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Covanni Leoni sıradan çıxıb.
Futbolçu ötən gün İngiltərə Kubokunun III turunda “Sauthempton”la keçirilən oyunun 81-ci dəqiqəsində zədələnib.
18 yaşlı müdafiəçinin dizində çarpaz bağların qopduğu müəyyənləşib.
İtaliyalı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, “Liverpul” Covanni Leonini bu ilin avqustunda “Parma”dan 31 milyon avroya transfer edib.
- AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak ediblər
- DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə
- Avropa Liqası: “Fənərbaxça” – “Reyncers” matçı ispan hakimə həvalə edilib
- Kantenin “Fənərbaxça”da qazanacağı məbləğ bəlli oldu
- “Qalatasaray” illik 15 milyon avro təklif etdi - GECƏ İSTANBULA GƏLƏCƏK
0
0