"Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, almaniyalı vinger "Qalatasaray"a transfer olmağa çox yaxındır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Futbolçu "sarı-qırmızılılar"ın illik 15 milyon avroluq maaş təklifini qəbul edib.
29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib.
Almaniya millisinin üzvü ötən mövsüm "Bavyera" təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi bəlli olub
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- DÇ: “Dortmund” və “Fluminense” 1/8 finalda - YENİLƏNİB
- Rüstəm Orucov: “Belə təşkilatçılığa nadir hallarda rast gəlinir”
- Fransalı forvard “Liverpul”un radarında