Avropa Liqasında yox, Konfransda oynayacaq – “Kristal Pelas”a UEFA şoku
12.07.2025 - 17:11
“Kristal Pelas” UEFA Avropa Liqasında iştirak hüququndan məhrum edilərək UEFA Konfrans Liqasına göndərilib.
Apasport.az xəbər verir ki, buna səbəb klubun əsas səhmdarı Con Tekstorun eyni zamanda Fransanın “Lion” klubunun da sahibi olmasıdır.
UEFA-nın qaydalarına əsasən, eyni şəxsə məxsus olan iki komanda eyni Avropa turnirində iştirak edə bilməz. “Lion” Fransa çempionatında daha yüksək pillədə (6-cı yer) mövsümü başa vurduğu üçün üstünlük ona verilib.
Qeyd edək ki, “Kristal Pelas” rəhbərliyi bu qərara etiraz edərək İdman Arbitraj Məhkəməsinə şikayət etməyi planlaşdırır.
- Emin Mahmudov: “Ayxan Abbasovun millidə qalmasını istəyərəm”
- “Siti” finalda məğlub oldu, “Kristal Pelas”dan tarixi uğur
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
- “Liverpul”un müdafiəçisi: “Qarabağ” ÇL səviyyəsində komandadır”
- "Qarabağ"a rəqib gəlir: Onlar da bunu edəcək - EKSKLÜZİV
0
0