"Beşiktaş" ciddi itki ilə üzləşib
24.10.2025 - 16:10
Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından biri olan Rafa Silva sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı vingerin hər iki ayağının baldır əzələsində zədə aşkarlanıb.
Portuqaliyalı futbolçu təxminən 1-2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Rafa bu mövsüm "Beşiktaş"ın heyətində 15 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqanın açılış matçını idarə edəcək hakim müəyyənləşib
- Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq
- Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”
- “Omoniya”nın baş məşqçisi: “Bu gün bizim qələbəmiz asan olmadı"
- İngiltərəli yarımmüdafiəçi daha 5 il “Siti”də - RƏSMİ
0
0