Cengiz Ünder “Beşiktaş”da - RƏSMİ
08.09.2025 - 11:16
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Fənərbaxça”da çıxış edən Cengiz Ünderi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı vinger bir illik icarə əsasında İstanbul təmsilçisinin formasını geyinəcək.
Müqavilədə satınalma bəndi də yer alıb.
Qeyd edək ki, Cengiz Ünder 2023-cü ildə “Marsel”dən “Fənərbaxça”ya 15 milyon avroya transfer olunmuşdu.
- “Qalatasaray”dan ayrıldı - SABİQ KLUBUNA GERİ QAYITDI
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- “Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb
- Qattuzo bildiyimiz kimi: oyunçularını şillələdi
- "Panatinaikos"un yeni baş məşqçisi bəlli olub - RƏSMİ
0
0