Di Mariya doğma klubunda - VİDEO
30.05.2025 - 00:58
Di Mariya doğma klubunda - VİDEO

Anxel Di Mariya doğma klubu olan "Rozariyo Sentral"a geri qayıdıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina komandası 37 yaşlı ulduz üçün videoçarx hazırlayıb.

Qeyd edək ki, Di Mariya peşəkar karyerasına məhz bu klubun əsas komandasında başlayıb və iki il burda çıxış etdikdən sonra 2007-ci ildə "Benfika"ya transfer olunub.

Argentina millisinin üzvü həmçinin "Real", "Mançester Yunayted", PSJ və "Yuventus" klublarında çıxış edib.