"Fənər"in Mourinyoya ödəyəcəyi məbləğ bəlli olub
29.08.2025 - 12:37
Daha əvvəl xəbər verdiyimiz kimi, "Fənərbaxça" Joze Mourinyo ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, "sarı-lacivərdlilər" 62 yaşlı mütəxəssisə 9 milyon avro təzminat ödəyəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, həmin məbləğin üzərinə texniki heyətin təzminatının da əlavə olunacağı gözlənilir.
Qeyd edək ki, “Fənərbaxça” bir müddət əvvəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya ümumi hesabda 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdı.
- Avropa Liqası: "Aston Villa" və "Selta" növbəti mərhələdə - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Qarabağ" göstərdiyi oyunla ÇL-də yer alacağına bizi ümidləndirir"
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Dünya çempionu Meksika klubunda - RƏSMİ
- “Karvan-Yevlax”ın futbolçusu milliyə dəvət alıb
0
0