"Feyenoord"dan "Atletiko"ya - RƏSMİ
25.07.2025 - 13:55
“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi “Feyenoord”dan David Hançkonu transfer edib.
Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, "Atletiko" bu keçid üçün “Feyenoord”a 30 milyon avro ödəyəcək. 27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Slovakiya millisinin üzvü olan Hançko “Feyenoord”un heyətində 140 oyuna çıxaraq 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimiz AÇ-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB
- Deflimpiya üzrə milli komandanın məşqçi heyətinin təqdimatı baş tutub - FOTO
- “Sabah” dörd oyunçusu ilə yollarını ayırıb
- Avropa Liqası: “Portu” evdə, “Aston Villa” səfərdə qalib gəldi - YENİLƏNİB
- Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB
0
0