“Lion”nun hazırkı baş məşqçisi Paulo Fonseka ciddi cəza ala bilər.
Paulo Fonseka niyə qırmızı vərəqə aldı?
Apasport.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin ötən gün “Lion”nun “Brest”i qəbul etdiyi matçın (2:1) son dəqiqələrində hakimə etdiyi etiraz olub.
Baş hakimin birbaşa qırmızı vərəqə ilə cəzalandırdığı çalışdırıcının Fransa Futbol Federasiyası tərəfindən 7 aya kimi futboldan uzaqlaşdırıla biləcəyi vurğulanıb.
Xatırladaq ki, Fonseka bu ilin yanvarından “Lion”a rəhbərlik etməyə başlayıb.
Paulo Fonsekanın rəhbərlik etdiyi keçmiş klublar
Qeyd edək ki, 51 yaşlı baş məşqçi karyerası ərzində “Milan”, “Roma”, “Şaxtyor”, “Lill” kimi komandaların sükanı arxasında dayanıb.
- “Qarabağ” Azərbaycan klubları arasında liderdir - IFFHS AÇIQLADI
- "Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb
- Nigeriya millisinin üzvü “Karvan”da - RƏSMİ
- Boksçularımız Avropa birinciliyini 13 medalla başa vurub - FOTO
- Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına start verib - FOTO