"Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb
                    
                    11.09.2025 - 12:51
                        
                    
                    “Beşiktaş"ın zədəli futbolçusu Vilfred Ndidinin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin budun arxa əzələsində (semimembranosus) dartılma və qanama aşkarlanıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Nigeriya millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Afrika Respublikası (CAR) ilə görüşündə sıradan çıxmışdı.
                                
                                0
                                
                                0