“Real Madrid” və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa Anqolada futbol akademiyası açacaq.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu Luandada valideynləri ilə birlikdə Anqolanın Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə futbol akademiyası və məktəbinin yaradılması layihəsinin detalları müzakirə olunaraq yekunlaşdırılıb.
Kamavinqa bildirib ki, vətəninin ona verdiklərinin qarşılığını qaytarmaq məqsədilə gənclərə yönəlik futbol akademiyası və məktəb yaratmaq qərarına gəlib. Onun sözlərinə görə, bu addım ona böyük məmnunluq hissi yaşadır və valideynləri onunla fəxr edirlər. Futbolçu, həmçinin ölkəsinə qayıdaraq onun inkişafına töhfə vermək imkanı əldə etdiyi üçün çox xoşbəxt olduğunu qeyd edib.
Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən etibarən “Real Madrid”in formasını geyinir. O, cari mövsümdə “kral klubu”nun heyətində keçirdiyi 16 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
- "Sabah" - "Levski" - mətbuat konfransları və açıq məşqlərin vaxtları bəlli oldu
- "Kəpəz" braziliyalı ilə anlaşdı - Digərləri gözləmədədir
- "Fənərbaxça"nın ÇL həsrəti 17 ilə yüksəldi: Yenə olmadı - YENİLƏNİB
- Super Liqa klubunun yeni baş məşqçisi bəlli olub
- Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir