İtaliyalı müdafiəçi "Atletiko"da - RƏSMİ
02.07.2025 - 10:41
İspaniya La Liqası təmsilçilərindən "Atletiko Madrid" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Atalanta"nın müdafiəçisi Matteo Ruccerini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb. Tərəflər arasında razılaşmaya əsasən, "Atletiko" italiyalı üçün qarşı tərəfə 17 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Rucceri ötən mövsüm "Atalanta"nın heyətində 38 rəsmi matça çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin baş məşqçisi yerli olmalıdır, yoxsa xarici? - SORĞU
- Qurban Qurbanov israr edir: “Qarabağ” üçüncü təklifi göndərdi
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- III MDB Oyunları: Daha bir taekvondoçumuz qızıl medal qazanıb
- Ərəblər millimizin üzvü ilə maraqlanır - 1+1 illik müqavilə təklif edəcəklər
0
0