La Liqadan Super Liqaya
20.07.2025 - 14:34
La Liqadan Super Liqaya

“Atletiko Madrid”in futbolçusu Saul Niqez karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Trabzonspor”a keçməyə çox yaxındır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, ispaniyalı futbolçu La Liqa təmsilçisi ilə müqaviləsinə xitam verəcək və “Trabzonspor”la 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Saul son mövsümü icarə əsasında “Sevilya”da keçirib.