Maquayr ərəblərin radarında
06.10.2025 - 13:02
“Mançester Yunayted” və İngiltərə millisinin müdafiəçisi Harri Maquayr Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, “Əl-Nəsr” və “Əl-İttifaq” futbolçu ilə yaxından maraqlanır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Hər iki komanda 32 yaşlı müdafiəçini qışda heyətinə qatmağı hədəfləyir. Oyunçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, "Yunayted" Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən 87 milyon avroya transfer edib.
- ÇL: “Bavariya” PSJ-ni , “Liverpul” “Real”ı məğlub edib - YENİLƏNİB
- Sadettin Saran: "Futbolçular fasilədə prezident seçkilərini izləyirdilər"
- Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib - FOTO
- Haaland yenə zirvədə - ƏN YAXŞISI SEÇİLDİ
- İlin idman tədbiri - "Formula-1" üzrə Azərbaycan Qran-prisi
0
0