"Marsel"in futbolçusu "Beşiktaş"ı rədd edib
11.09.2025 - 11:05
“Marsel”in futbolçusu Amin Harit Türkiyəyə transferdən imtina edib.
Apasport.az “Africafoot”a istinadən xəbər verir ki, “Beşiktaş” mərakeşli yarımmüdafiəçiyə rəsmi təklif göndərib.
Lakin 28 yaşlı oyunçu bu təklifə müsbət cavab verməyib.
Mənbənin məlumatına görə, Harit Türkiyə Super Liqasına keçidə maraq göstərmir və başqa variantları dəyərləndirir.
Qeyd edək ki, “Marsel”in baş məşqçisi De Zerbinin planlarında yer almayan yarımmüdafiəçinin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
- Messi zədələndi, komandası qələbə qazandı
- Ergin Ataman türkləri məyus etdi - “Panatinaikos" "Final Four"da
- “Fənərbaxça” Türkiyə çempionu oldu!
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- Artim Şakiri: "Şkendiya" Bakıya qələbə qazanmaq məqsədilə gələcək"
0
0