Mərakeş millisinin üzvü “Başakşəhər”də - RƏSMİ
13.09.2025 - 14:41
"Marsel"in futbolçusu Amin Harit karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi "Başakşəhər"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 28 yaşlı oyunçu bir illik icarə əsasında İstanbul təmsilçisinin uğurları üçün çarpışacaq.
Qeyd edək ki, Mərakeş millisinin üzvü olan Amin ötən mövsüm "Marsel"in heyətində çıxış etdiyi 13 rəsmi matçda 2 qol və 5 assistlə yadda qalıb.

- Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO
- Portuqaliyalı yarımmüdafiəçi "Karvan"da - RƏSMİ
- Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib - FOTO
- Qəzənfər Abbasov: "Hesabda öndə olmaq da təhlükəlidir"
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
0
0