Premyer Liqadan La Liqaya - RƏSMİ
05.08.2025 - 09:58
İspaniya La Liqa təmsilçisi "Real Sosyedad" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Vulverhempton"da çıxış edən Qonsalo Qedeşi transfer edib.
Bu barədə bask klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. "Sosyedad" bu keçid üçün qarşı tərəfə 4 milyon avro ödəyib.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Qedeş ötən mövsüm "Vulverhempton"da çıxış etdiyi 33 rəsmi matçda 5 qol və 5 assistlə yadda qalıb.
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Son “Tottenhem”i tərk edəcək
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
- Mauro İkardi: "Osimhenlə birlikdə çıxış edəcəyimə görə xoşbəxtəm"
- Taekvondoçularımız medala doymur: 3 qızıl, 2 gümüş, 6 bürünc medal - FOTO+VİDEO
0
0