Türkiyə Futbol Federasiyasının (TFF) peşəkar liqalarda apardığı mərc araşdırması çərçivəsində hər iki klubun futbolçularının Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyi bildirilib.
Apasport.az xəbər verir ki, həm “Qalatasaray”, həm də “Beşiktaş” məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
İstanbul klubları bildiriblər ki, bu həssas proses diqqətlə izlənilir və futbolçuların hüquqlarının qorunması əsas prioritetdir.
“Qalatasaray” bəyan edib ki, klub prosesi yaxından izləyir və bütün mərhələlərin ədalətli, şəffaf şəkildə həyata keçirilməsini gözləyir: “Məqsədimiz futbolçularımızın şəxsi hüquqlarına və Türk futbolunun marka dəyərinə zərər vermədən, ən doğru və ədalətli şəkildə nəticəyə çatmaqdır. Komandamız hər zaman ədalətin, dürüstlüyün və təmiz rəqabətin tərəfdarı olub”.
“Beşiktaş” isə açıqlamasında futbolçularının günahsız olduğuna inandıqlarını və məsələ ilə bağlı hüquqi addımların atılacağını vurğulayıb: “İki futbolçumuzun da günahsız olduğuna inanırıq. Klub olaraq prosesi diqqətlə izləyirik. Futbolçularımız sabah İstanbul Baş Prokurorluğuna müraciət edərək hüquqi etirazlarını təqdim edəcəklər”.
- Bekhem İngiltərə klubunun sahibi oldu
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- Messi yenidən Ronaldoya rəqib ola bilər
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
- Mourinyo qərarını verdi – sloveniyalı futbolçu komandadan ayrılır