AFFA Lənkəran təmsilçisinin şikayətini təmin etməyib
11.12.2025 - 19:20
Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” Futbol Klubunun (Region Liqası) "Salyan OİK" – "Lənkəran" oyunu ilə bağlı verilən qərardan şikayətinə baxıb.
Apasport.az xəbər verir ki, qurum bölgə təmsilçisinin şikayətini təmin etməyib.
Qərarda bildirilib ki, 16 noyabr 2025-ci ildə keçirilən qarşılaşmadan sonra hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə alan “Lənkəran”ın 10 nömrəli futbolçusu Şahin Ağayevə tətbiq edilən 4 oyunluq cəza qüvvədə saxlanılır.
0
0