
İspaniya La Liqası təmsilçilərindən “Real Madrid”in ulduz futbolçusu Kilian Mbappe sıradan çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçu akut qastroenterit (mədə-bağırsaq iltihabı) səbəbindən FİFA Klublararası Dünya Çempionatının “Əl-Hilal”la qarşılaşmasını (1:1) buraxıb. O, xəstəxanaya yerləşdirilib.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonso jurnalistlərə açıqlamasında bildirib ki, futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ ki, bəlli deyil.
Onun komanda yoldaşı Federiko Valverde isə Mbappenin oteldən çıxmadığını söyləyib.
Qeyd edək ki, “Real Madrid”in növbəti oyunu iyunun 22-də Meksika təmsilçisi “Paçuka”ya qarşı keçiriləcək.
- DÇ: "Fluminense"dən qələbə, "Palmeyras" "Çelsi" ilə bacarmadı- YENİLƏNİB
- Birinci Liqa: "Bakı Sportinq"dən qələbə, MOİK autsayderlə bacarmadı
- Braziliya millisində bir ilk – əcnəbi baş məşqçi rəhbərlik edə bilər
- Kerem Demirbay "Qalatasaray"dan ayrıldı - RƏSMİ
- Ramal Hüseynov: "Qarabağ" rəhbərliyi hər şeyi yaxşı başa düşür"