"Səbail"dən ayrıldı - ÜÇÜNCÜ LİQADA ÇIXIŞ EDƏCƏK
09.09.2025 - 10:55
"Səbail"dən ayrılan David Qomisin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Fransa III Liqasında davam etdirəcək.
Yarımmüdafiəçi "Şatoru" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qvineya-Bissau millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, David Qomis 2023-cü ildən "Səbail"də çıxış edirdi. O, bu komanda ilə çıxış etdiyi 59 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- Falkaonun qol vurduğu toplar satışa çıxarılıb
- “Yunayted” "Siti"nin yetirməsini istəyir
- “Atalanta” qalib gəldi - 19 matçlıq seriya bitdi
0
0