"Siti"nin futbolçusu İngiltərədə klubunu dəyişə bilər
11.08.2025 - 10:57
Ötən mövsümün əvvəlində Fransanın “Trua” klubundan 25 milyon avroya “Mançester Siti”yə transfer olunan Savinyo İngiltərədə klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 21 yaşlı vingerlə “Tottenhem” yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, artıq hər iki klub arasında danışıqlara start verilib. Braziliya millisinin üzvü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Savinyo “Siti”nin heyətində çıxış etdiyi 48 rəsmi matçda 3 qol vurub və 13 assistlə yadda qalıb. Onun “şəhərlilər”lə müqaviləsi 2029-cu ildə başa çatacaq.
- “Qarabağ” Azərbaycan klubları arasında liderdir - IFFHS AÇIQLADI
- Seneqallı müdafiəçi A Seriyasına qayıda bilər
- Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"
- Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı - VİDEO
- “Beşiktaş”a keçidi baş tutmayan futbolçu “Vest Hem”də - RƏSMİ
0
0