Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
05.11.2025 - 18:18
Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu vəzifəyə Çağdaş Atan təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Konya təmsilçisinə son olaraq Recep Uçar rəhbərlik edib. Komanda Super Liqada 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.
0
0