Zubimendi “Arsenal”da - RƏSMİ
06.07.2025 - 15:07
"Arsenal" növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, "topçular" "Real Sosyedad" forması geyinən Martin Zubimendini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 65 milyon avro təzminat ödəyəcək. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Zubimendi "Real Sosyedad"ın yetirməsidir. O bu komanda ilə çıxış etdiyi 236 matçda 10 qol və 9 assistlə yadda qalıb.
- Qurban Qurbanov: “Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur”
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Mourinyo qərarını verdi – sloveniyalı futbolçu komandadan ayrılır
- III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB
- Premyer Liqada həftənin oyunçusu bəlli olub
0
0