“Neftçi”nin sabiq kapitanı Flavinyo apasport.az saytına açıqlama verib.
O, “ağ-qaralar”ın hazırkı durumunu dəyərləndirib:
“Neftçi”ni təbii ki, izləyirəm, maraqlanıram. Bu klub mənim üçün doğmadır, əzizdir. Orda uzun illər oynamışam. Xatirələrim böyükdür. İndi də komandanın nəticələrinə baxıram. Mənim üçün “Neftçi”də yeni heç nə yoxdur. Bu klub uzun illərdir ki, belədir. Təəssüf ki, heç nə dəyişmir.
Komandanın turnir cədvəlindəki mövqeyi, derbilər... Həqiqətən də, üzücü və utancverici vəziyyətdir. Bizim vaxtı ilə ad qoyub getdiyimiz “Neftçi”nin indiki durumu... Çox üzücüdür. Həmin “Neftçi”ni məhv etdilər. Biz o cür komanda qoyub getmişdik, indi Braziliyada mənə “Neftçi” yox, “Qarabağ”dan danışırlar. Bunu demək ağırdır, amma “Neftçi” “öldü”. Təəssüf...”.
Qeyd edək ki, Flavinyo 2010-15-ci illərdə “Neftçi”nin formasını geyinib. O, komanda ilə 3 dəfə Azərbaycan çempionu olub.
- "Neftçi"də növbəti ayrılıq - Legioner komandadan göndərilir
- Ronaldo Çempionlar Liqası matçını buraxacaq
- Dibala İspaniya yolunda
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- "Qəbələ"nin futbolçusu 2-ci oldu - MÖVSÜM ƏRZİNDƏ