"Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdandır ki, görmürdüm".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov deyib. O, klubun televiziyasına açıqlama verib:
"Komanda birlik olmuşdu. Bu ab-hava çox xoş idi. Əmin oldum ki, fasilə zamanı futbolçular öz ailələri ilə kifayət qədər vaxt keçiriblər. Ona görə də komandaya yaxşı əhval-ruhiyyə ilə qayıdıblar. Çətin bir il idi. Bu çətinliklərə baxmayaraq, 3-cü pillədə qərarlaşdıq. Mövsümün qalan hissəsində mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklarda iştirak etməkdir. Gərgin mübarizəyə hazır olmalıyıq. İnanıram ki, yaxşı olacaq".
Mahmudov yeni transferlər barədə də danışıb: "Yeni ildə yeni baş məşqçidən əlavə olaraq, bura artıq yeni məşqçilər heyəti də gəlib. Yeni qapıçılar üzrə məşqçimiz də buradadır, Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz 50-dən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb. Artıq iki futbolçuya təklif göndərilib, cavab gözləyirik. Hər iki oyunçu hücumçudur. Təəssüf ki, hal-hazırda onların adlarını deyə bilmərəm. Həm bir azarkeş kimi, həm də klubun rəhbəri kimi komandadan ancaq qələbə gözləyirəm. Qələbədən başqa, əzmkar bir oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar".
- Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub
- Gimnastımızdan qızıl medal
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
- Avropa Liqası: "Qalatasaray" mübarizəni dayandırdı - YENİLƏNİB
- "Qarabağ"ın matçının vaxtı DƏYİŞDİRİLDİ