Azərbaycan millisi növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində İsveçi qəbul edib - 1:3
Matçdan sonra qonaqların baş məşqçisi Yon Dal Tomassonun mətbuat konfransı keçirilib.
"Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Bunu müdafiədə yaxşı oynayan komandaya qarşı etdik. Açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan. Şanslarımız oldu. İlk hissədə önə doğru vertikal paslar verirdik, amma arxası gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, egri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq. Önəmli olan budur".
- Müdafiə xəttinin çıxışından razı qaldız? Azərbaycan qapınız qarşısında xeyli epizod yaratdı...
- Topu itirəndə yaxşı reaksiya verməliyik. Bunu edə bilmədik. Öndə təzyiq etmək lazım idi. Oyunun müəyyən epizodlarında komanda passiv çıxış etdik. Hücumda mükəmməl deyildik, yaxşı idik, 11 epizodumuz var idi. Bəzi son mərhələyə gəlib çıxmayan epizodlar da oldu.
- Millinin qolkiperi növbəti oyunlarda da start heyətində yer alacaq?
- Bəli.
- Fernandu Santuşun komandasında nəyi bəyəndiniz?
- Bakıda gəlib belə nəticə qazanmaq, kifayət qədər qol epizodu ilə qazanmaq çox çətindir.
- İstifadə edilməyən penalti matçın qırılma nöqtəsi oldu?
- Əla qurtarış idi. Amma dönüş nöqtəsi idimi? Deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər qol epizodları yaradırdıq.
- Millinin müdafiəçisi Duqlas səhvlər etdi. Bu səhvlərin səbəbi sistemlə bağlıdır, yoxsa oyunçuların fərdi keyfiyyəti ilə ?
- Duqlas yaxşı çıxış etdi. Müdafiə prinsipləri futbolun istənilən nöqtəsində eynidir. Epizoda gecikməməlisən və cərimə meydançasında sənə yaxın olan oyunçuya yaxın olmalısan.
- İsveç millisi son olaraq Bakıda 3:0 hesabı ilə uduzmuşdu. Yəqin ki, həmin oyuna baxmışdınız. Həminki və indiki millinin müqayisə etsəydiniz, nələri qeyd edərdiz?
Az-çox eyni oyunçular əsas heyətdə yer alırdı. Qapıçınız fərqli idi. Bu oyunçular birlikdə oynayırlar. Bu komandaya rəqib meydanında oynamaq çox çətindir. Ona görə də deyirəm ki, performansımızdan razı qaldığımı deyirəm. Özü də nə qədər qol epizodları yaratdıq.