Misli Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının rəsmi saytı açıqlayıb.
“Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.
“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- Dünya turu üçün yeni loqo təqdim edildi
- Elmar Baxşıyev: “Naxçıvanda oynamaq istəyirik”
- Samir Abasov: “Qələbəyə görə klubda söz deyəcək axırıncı adamam”
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ