“Neftçi” yoxlama matçında məğlub oldu
06.01.2024 - 20:08
“Neftçi” ilk yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan komanda “Ərzurumspor” ilə qarşılaşıb.
Görüş Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. "Neftçi"nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev hesabı açıb.
Qeyd edək ki, "ağ-qaralar" yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək. Lakin hələ ki, rəqib müəyyənləşməyib.
- Şahin Diniyev: “Məğlubiyyətə layiq komanda deyildik”
- Azərbaycan klublarından yeni rekord - STATİSTİKA
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
- Şahin Diniyev üçün yolun sonu? - ÖZƏL
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
0
0