“Neftçi”nin futbolçusu Edvin Kuçun Rusiya Premyer Liqasına yollanmaq imkanı olsa da, bunu istəməyib.
Apasport.az saytına verilən məlumata görə, Premyer Liqaya geri qayıdan “Torpedo”(Moskva) “Neftçi”nin və Monteneqro milli komandasının üzvü Kuçu transfer etmək istəyib.
Amma monteneqrolu futbolçu “Neftçi”dən ayrılmaq istəməyib və komandada qalmağı seçib.
31 yaşlı futbolçu 2024-cü il iyulun 1-dən “Neftçi”də çıxış edir və onun paytaxt klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Azərbaycana gələnə qədər “İbar”, “Berane”, “Deçiç”, “Rudar”, “Mladost”(hamısı Monteneqro), “Usti nad Labem”(Çexiya), “Balkani”, “Gjilani”(hər ikisi Kosovo) klublarında oynayıb.
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- Ruslan Qafitullin: “Unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”
- Filip Yuda: “İnanıram ki, Bakı-2025 əla olacaq”
- “Formula 1” 2026-da 11 komanda iştirak edəcək
- "Kəpəz" - "Qəbələ" matçının vaxtı bəlli oldu