“Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Azərbaycana qayıtmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, qanalı yarımmüdafiəçini ölkəmizə qaytarmaq istəyən komandalardan biri də “Turan Tovuz”dur.
Qərb təmsilçisi hazırda azad agent statusunu daşıyan 28 yaşlı futbolçu ilə müqavilə imzalamaq niyyətindədir.
Transferin baş tutub-tutmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
Ovusu karyerasına “Akkra”da başlayıb. O, “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartaxena”, “Salamanka”, “Kordoba” (hamısı İspaniya), “Ankaragücü” (Türkiyə), “Ferentsvaroş”, “Zalaeqersez” (hər ikisi Macarıstan) klublarında çıxış edib.
- "CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- “Neftçi”dən ev qələbəsi - YENİLƏNİB
- Kaxaber Tsxadadze: “Nələrisə dəyişməyə çalışırıq”
- İdman jurnalistləri arasında futbol turniri keçirildi