“Qarabağ” Kadi Borgesi geri qaytarmaya bilərmiş.
Apasport.az saytına verilən məlumata görə, klubun başqa variantı da olub.
Belə ki, “Ferentsvaroş” Julio Romaonu transfer etmək üçün Ağdam təmsilçisinə Ovusu Kvabena və müəyyən miqdarda pul təklif etmək istəyib.
Əslində, bu söhbət də müzakirə mövzusu olub.
Amma “Qarabağ” Ovusunu geri qaytarmaq istəməyib. Ağdam təmsilçisi Romaonu Macarıstan klubuna verəcəyi təqdirdə, onu yalnız Kadi Borgeslə başabaş dəyişməyə razı ola biləcəklərini bildiriblər.
Beləcə Ovusu məsələsi bağlanıb.
Qeyd edək ki, Kvabenanın “Ferentsvaroş”la müqavilə müddəti 2025-ci il dekabrın 30-na qədərdir. O, hazırda “Ankaragücü”ndə icarə əsasında çıxış edir.
- “Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”
- Berezutski üçün son şans: Kubok da getsə…
- Mert Çelik: "Yaxşı komandamız var və Santuşun təcrübəsi..."
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- İdman jurnalistləri arasında futbol turniri keçirildi