"Qəbələ" "Kəpəz"lə oyuna itki ilə hazırlaşdı
22.02.2024 - 21:20
"Qəbələ" "Kəpəz"lə oyuna itki ilə hazırlaşdı

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz”lə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" matçın hazırlığını başa vurub.

Çalışmalarda yalnız 1 futbolçu komandadan ayrı qalıb. Bərpa prosesi keçən Klesio Bauk fərdi məşq edib. 

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Qəbələ” görüşü saat 17:00-da başlayacaq. 

writer photo
İsmayıl Xeyrullayev
0