“Qəbələ” 2023-24 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Misli Premyer Liqasının XVIII turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib. Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.
- "Omoniya"nın futbolçusu: "Qarabağ" əməlli-başlı digərlərindən öndədir"
- "Neftçi"dən transfer həmləsi: DANIŞIQLAR BAŞLADI
- Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
- İsveç kubokunun finalının tarixi dəyişdirildi
- UFC 325: Fiziev üçün ağır son - İKİNCİ RAUNDDA NOKAUT